|
 
 Şirkət haqqında   |    Axtarış   |    Texniki yardım   |    Mündəricat   |    Qiymətlər   |  
 Geriyə   |    Ana səhifə

Mürəkkəb axtarış

Hörmətli istifadəçi, ilk öncə bizim Axtarış Sistemimizdən istifadə etdiyinizə görə Sizə təşəkkür edirik. İcazə verin Sizə bu Sistemin imkanları barədə bir qədər ətraflı məlumat verək.

Bu səhifədəki izahatlarla tanış olaraq Siz bizim axtarış Sistemimizin bütün imkanları barədə məlumatlanıb ondan istifadə qaydalarına yiyələnə bilərsiniz.

Axtarış Sistemi "Geniş axtarış" və "Dəqiqləşdirilmiş axtarış" rejimləri üzrə Sizə lazım olan sənədləri məlumat bazasından axtarıb tapmaq imkanına malikdir.

"Geniş axtarış" yalnız bir parametr üzrə axtarış aparır. Məsələn, Sizi vergi qanunvericiliyini tənzimləyən sənədlər maraqlandırır. Bundan ötrü "Axtarış" rekvizitində "vergi" sözü yazaraq "Axtarış" düyməsini basın. Sistem "vergi" sözü olan bütün sənədləri tapacaq, onların nömrəsini, növünü və qəbul olunma tarixini göstərəcəkdir. Geniş axtarışı həm sənədin adına, həm də sənədin mətninə görə aparmaq olar. Birinci halda Sistem axtarış verilmiş sözü sənədin adında, ikinci halda isə sənədin mətnində axtarır.

Bu zaman nəzərə alınmalıdır ki, ümumi halda axtarış yalnız qüvvədə olan sənədlər arasında həyata keçirilir. Əgər Siz "vergi" sözünü həmçinin qüvvədən düşmüş sənədlər arasında axtarmaq istəyirsinizsə, o zaman "Qüvvədən düşmüş sənədlər" rekvizitində olan işarəni qeyd edin. Bu halda axtarış bütün sənədlər arasında həyata keçiriləcək.

Dəqiqləşdirilmiş axtarış zamanı lazımi sənədlərin axtarışı bir neçə parametr əsasında aparılır ki, bu da tapılıb ekrana çıxarılan sənədlərin sayını azaldır və axtarılan konkret sənədin tapılması prosesini yüngüləşdirir. Məsələn, əgər Siz vergi qanunvericiliyini tənzimləyən bütün normativ hüquqi aktları deyil, yalnız qanunları axtarmaq istəyirsinizsə, onda "Axtarış" rekvizitində "vergi" sözü yazandan sonra "Normativ sənədin növü" rekvizitində "Qanun" sözünü qeyd edin və "Axtarış" düyməsini basırıq. Sistem "vergi" sözünü bütün sənədlərdə deyil, yalnız qanunlar arasında axtaracaq. Bu halda da axtarışı həm sənədin adına, həm də sənədin mətninə görə aparmaq olar.

Ola bilsin ki, Siz vergi qanunvericiliyini tənzimləyən sənədlər arasında eyni zamanda həm qanunları, həm də Nazirlər Kabinetinin qərarlarını tapmaq istəyirsiniz. Bundan ötrü "Axtarış" rekvizitində "vergi" sözünü yazıb aşağıda həm "Qanun" həm də "Nazirlər Kabinetinin qərarları" sətirlərini qeyd etmək lazımdır.

Normativ sənədlərin axtarışını həmçinin sənədin nömrəsi və qəbul olunma tarixi əsasında da aparmaq olar. Məsələn, Sizə Azərbaycan Respublikası Prezidentinin 1997-ci ildə dərc olunmuş 673 saylı fərmanını tampaq lazımdır. Fərz edək ki Siz bu sənədin dəqiq tarixini bilmirsiniz. Bu halda "Sənədin nömrəsi" rekıvizitində "637" rəqəmini, "Normativ sənədin növü" rekvizitində "Fərman" sözünü, "Qəbul olunma tarixi" rekvizitində isə "1.1.1997" - "1.12.1997" rəqəmlərini göstərirsiniz və "Axtarış" düyməsini basırsınız.

Əgər axtarış zamanı hər hansı sualınız və ya təklifiniz olsa lütfən bu ünvana yazın: office@minimax.az

Mən axtarıram

virtual klaviatura
Sənədin nömrəsi
Qəbul olunan tarix
ildən
 
ilə qədər
Sənədlərin seçimi
Qüvvədə olan
Qüvvəsini itirmiş
Bütün sənədlər
Normativ aktın növü
Bütün növ normativ aktlarda axtar
Fərman
Qanun
Məcəllə
Saziş
Müəllif mətni
Sərəncam
BƏT kovensiyaları
Ali məhkəmə
Digər sənədlər
 
Milli bank
Konstitusiya aktı
Konstitusiya məhkəməsi
Konvensiyalar və sazişlər
BMT-nin konvensiyaları və paktları
Milli Məclisin qərarları
Dəyişikliklər edilməsı barədə qanun
Mərkəzi icra hakimiyyəti orqanlarının aktları
Nazirlər Kabinetinin qərarları və sərəncamları
Sənədlərin seçimi
sənəd göstər

 Geriyə   |    Ana səhifə
 Şirkət haqqında   |    Axtarış   |    Texniki yardım   |    Mündəricat   |    Qiymətlər   |  
www.qanun.info | Azərbaycan Respublikasının Qanunvericiliyinə aid informasiya bazası |
                                copyright by MiniMax Consulting 1995-2002©. All rights reserved.
                                           design&programming by megras ltd. 2002©